Accessibility links

Vatikan Allahın karikaturasını çəkən "Charlie Hebdo"nu tənqid edib


Fransanın yumoristik "Charlie Hebdo" jurnalı Paris ofisində ölümlə nəticələnən provokasiya xarakterli hücumun bir ilini qeyd edib.

Jurnalın çərşənbə günü buraxılışında Allahın əlində Kalaşnikov avtomatı və "Bir il sonra: Qatil hələ də böyükdür" sözləri yazılmış karikatura dərc edilib.

Vatikan üz səhifəsində Allahın karikaturası olan jurnalı tənqid edərək, bunun küfr olduğunu deyib. Vatikan "Charlie Hebdo" barədəki tənqidinin özünün "Osservatore Romano" qəzetində dərc edib.

Keçən il yanvar ayının 7-dən başlayaraq, 3 gün davam edən hücumlar "Charlie Hebdo"nun işçiləri də olmaqla, 17 insan həyatına son qoyub.

XS
SM
MD
LG