Accessibility links

Fransanın satirik Charlie Hebdo dərgisinin keçən həftə islamçıların səkkiz karikaturaçının həyatını itirməsilə nəticələnmiş hücumundan sonra yeni nömrəsi milyonlarla tirajla çap edilib. İlk səhifəsində yenə də Məhəmməd Peyğəmbərin karikaturasının yerləşdirildiyi dərginin 100 dəfə artıq sayda nüsxəsinin satılacağı gözlənilir.

Jurnalın nüsxəsini əldə etmək üçün insanlar Paris küçələrində uzun növbələr yaradıb. Jurnalın nüsxələri bir saatın içində satılıb. Bəziləri onu ala bilib.

Lakin Parisin çox məşğul dəmiryolu stansiyasının qarşışında hələ səhər açılmamış jurnalın bütün nüsxələri satılıb qurtarıb.

Naşirlər əvvəl 60 min tirajla buraxılan dərginin bu dəfə beş milyon nüsxəsini çap etməyə söz verib. Lakin hələlik satışa gündə yarım milyon nüsxə verilir.

Paris sakini Fransua:”Jurnalı almaq onları dəstəkləmək üçün vacibdir. Orada çap olanlar mənim üçün maraqlıdır.”

Maşinist: “Nəvələrimə saxlayacam. Bir gün onlara deyəcəm ki, bu, siz balaca olanda baş vermişdi. Sizə bunu ona görə danışaram ki, bu, bir də baş verməsin.”

Səhər qatarlardan çıxan sərnişinlər qəzet kiosklarının qarşısında “Çarli Hebdo satışda yoxdur” yazılan lövhələrlə qarşılaşıb. Kitab mağazasının satıcısı Maqali jurnalın bir nüsxəsini özü üçün saxlayıb.

“Mən mağazanı səhər saat 6-da açıram. Artıq o vaxt mağazanın qarşısında növbə var idi. Bir saatdan az müddətdə 125 nüsxə satılıb qurtardı.”

İnsanların çoxu Charlie Hebdo dərgisinin baxışları ilə razı olmasa da, onun yeni nüsxəsini etiraz aksiyasının bir hissəsi olaraq almaq istəyir.

Charlie Hebdo jurnalı gülüş, istehza və həqiqəti görmək kimi ənənələrə sadiqdir.”

Bu sözləri tarix professoru və siyasi karikatura üzrə ekspert Kristian Delporte deyir.

“Hamı başa düşür ki, bu karikaturaçılar çox sıx şəkildə azadlıqla bağlıdır.”

Hücumda sağ qalmış karuakturaçılar aydın bildirib ki, onlar milyonlarla fransızın ruhuna yaxın olan ifadə azadlığına dair mesajı daşıyan jurnalda işi davam etdirəcəklər.

Kristian Delporte: “Bu, nəticədə dözümlülük məsələsidir. Charlie Hebdonu oxumaq istəmirsinizsə, onu almayın.”

Hələliksə, dərginin yeni nüsxəsini milyonlarla insan alır.

XS
SM
MD
LG