Accessibility links

Venesuela prezidenti Uqo Çavesin matəm mərasiminə dünya ölkələrinin onlarla lideri qatılıb


Bu gün Venesuela prezidenti Uqo Çavesin matəm mərasiminə dünya ölkələrinin onlarla lideri qatılıb. İran və Kuba prezidentləri-Mahmud Əhmədinejad və Raul Kastro Karakasda təşkil edilən mərasimdə iştirak edir.

ABŞ Venesuelaya diplomatik nümayəndə heyəti göndərib.

Çavesin Hərbi Akademiyada qoyulan cənazəsi önündən iki milyondan artıq insan keçib.

Venesuelanın mərhum liderinin cənazəsi milyonlarla venesuelalının son ehtiramı üçün daha 7 gün saxlanılacaq.

Venesuelanın vitse-prezidenti Nikolas Maduro bu gün müvəqqəti prezident kimi and içməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG