Accessibility links

Venesuela hökumətinin bildirdiyinə görə, prezident Uqo Çavez ağ ciyər infeksiyasindan əziyyət çəkir. Ölkənin informasiya naziri Ernesto Villeqas infeksiyanın cənab Çavezin nəfəs çatışmamazlığına səbəb olduğunu və ciddi müalicə ediləcəyini bildirib. Nazir prezidentin durumu barədə ətraflı məlumat verməyib.

Venesuela lideri keçən il dekabr ayının 11-i xərçəng xəstəliyindən Kubada keçirdiyi cərrahiyə əməliyyatından sonra ictimaiyyət arasında görünmür. Cənab Çavezə xərçəng diaqnozu 2011-ci ildə qoyulmasına baxmayaraq, bu vaxta qədər vəziyyətinin ağırlaşdığı barədə məlumat verilməmişdi.

Bu həftənin əvvəlində Venesuelanın vitse-prezidenti Nikolas Maduro cənab Çavezin vəziyyətinin qeyri-sabit olduğunu demişdi. Ölkənin müxalifət liderləri isə prezidentin vəziyyəti barədə daha çox məlumat verilməsini tələb edir.
XS
SM
MD
LG