Accessibility links

Yüzlərlə venesuelalı matəmin son günü, cümə axşamı gecə "Biz Çavesi görmək istəyirik" şüarları səsləndirərək, prezidentin cənazəsinin saxlandığı Hərbi Akademiyanın qarşısına toplaşıb.

Qayda-qanuna riayət edilməsinə nəzarət edən əsgərlər prezident Çaveslə vidalaşmağa gələn insanların son etiramlarını bildirməsi üçün onların cənazəsi önündən keçməsinə icazə verib.

Cənab Çavesin cənazəsi Karakasda Hərbi muzeyə aparılacaq.

Uqo Çaves xərçəng xəstəliyindən iki il əziyyət çəkəndən sonra martın 5-də dünyasını dəyişmişdir.
XS
SM
MD
LG