Accessibility links

35 il həbs cəzasına məhkum edilmiş əsgər Obamaya müraciət edib


Məxfi sənədləri sızdırdığına görə 35 il həbs cəzasına məhkum edilmiş ABŞ əsgəri Çelsi Menninq prezident Barak Obamaya mürəciət edərək, həbs müddətinin azaldılmasını xahiş edib.

Transgender əsgər prezidentə yazdığı müraciətində narahatlıq, ümidsizlik, qəzəb və depressiya içində yaşadığını bildirib.

İraqda qulluq etdiyi vaxt 700 mindən çox hərbi sənədi və döyüşlərin çəkildiyi videoları WikiLeaks saytına ötürdüyünə görə 35 il həbs cəzasına məhkum edilən sabiq kəşfiyyat analitiki cəzasının 6 ilini çəkib.

Həbs edilən zaman Bredli Menninq kimi tanınan əsgər özünün qadın olduğunu deyir. Əvvəllər intihar cəhdinə görə təkadamlıq kameraya salınan Menninq keçən ay da intihara cəhd edib.

O, məxfi məlumatları ictimaiyyətə açıqlamasının səbəbini İraqdakı müharibənin mülki vətəndaşlara təsiri ilə bağlı ictimiayyəti məlumatlandırmaq istəyi ilə izah edib.

Prokurorlar isə Menninqin Birləşmiş Ştatlar və ABŞ silahlı qüvvələrini risk qarşısında qoyduğunu deyərək, onu vətən xaini adlandırıb.

Çelsi Mening əfv olunmasını istəmir. Bu isə o deməkdir ki, ona qarşı irəli sürülən hökm onun şəxsi işində dəyişməz qalacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG