Accessibility links

Çernobıl faciəsindən 30 il keçir [Video]


Çernobıl faciəsindən 30 il keçir
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Aprelin 26-sı Çernobıl faciəsinin 30-cu ildönümüdür. Otuz il əvvəl Sovetin nəzarətindəki Ukraynada nüvə reaktorunda baş verən partlayış böyük radiasiyaya səbəb olmuş, zavodun ətrafında yaşayan 116 min insanın təcili, evakuasiyasına səbəb olmuşdu. Sonrakı illər isə 220 min nəfərə yaxın insan “Ölü zona” adlandırılan bölgəni tərk etm'li olmuşdu.

Uşaqlıq illərinin keçdiyi ev, ağrılı xatirələr. Aleksandr Qruzeviç valideynləri ilə birlikdə Çernobıl şəhərində, Leninqradskaya küçəsindəki 6 nömrəli evdə yaşayırdı. “Mən balaca olanda soyuq qış zamanı anam evdə böyük sobanı qalayırdı. Soba evimizi yaxşı isidirdi.”

İllər sonra, 1986-cı il aprel ayının 26-da Aleksandr gecə siqaret çəkmək üçün küçəyə çıxır. “Mən səmada parıltılı bir şey gördüm. Sanki günəş qüruba gedirdi. Səma qan kimi qırmızı idi. Onda mən düşündüm ki, çox qəribədir, bu vaxt günəş olar? Səhər də bizə heç nə demədilər.”

Məlum oldu ki, nüvə stansiyasındakı partlayışın təsiri 16 km. məsafəni əhatə edib. Çernobıldakı insanların evakuasiyası barədə qərar isə 10 gün sonra verildi.

Yaxınlıqda nüvə stansiyasında işləyənlərin yaşadığı Pripyat məntəqəsi yerləşirdi. Sakinlər öz balkonlarından yanğının baş verdiyi yeri izləyirdi. Radiasiya yayılmağa başlayanda, cəmi 2 km-lik məsafədə yerləşən Pripyatin 55 min sakini qaçmağa məcbur oldu.

Bu şəhər indi dünyada nüvə faciəsinin ən dəhşətli abidəsinə çevrilib. Şəhərdəki binalar çökdükcə, onların yerində radioaktiv ağcaqayınlar artır. Yerli məktəbdə soyuq müharibənin paranoyası olan uşaqlar üçün qaz maskaları və döşəmə örtüklərini, eləcə də Sovet İttifaqını tərifləyən kitabları görmək olur.

Bu baxımsızlığın içərisində hələ də həyatdan izlər var. Əsasən yaşlılar olmaqla, evakuasiya edilən iki-üç yüz insan təcrid olunan əraziyə dönüb. Xəbərdarlıqlara baxmayaraq, onlar həmin torpaqlarda ərzaq yetişdirməkdə davam edir. Çernobıl şəhərində hələ də 3 minə qədər insan qalıb və onlar fəaliyyəti dayandırılmış stansiyada işləməkdə davam edir. Onlar bu zonada yalnız 14 gün qala bilərlər.

Aleksandr Qruzeviç həftədə bir dəfə Kiyevdən Çernobıla, keçmiş evlərinin yaxınlığındakı xəstəxanada işləmək üçün gəlir. “Anam atama hey deyərdi ki, gəlin evimizə qayıdaq. Lakin biz qayıda bilmədik. Qəzadan bir ay sonra biz atamla buraya gəldik, lakin evimiz dağılmışdı. Pəncərələr sınmış, qapılar açıq idi. Evdə heç nə qalmamışdı.”

Alimlər təcrid zonasının 20 il təhlükəsiz olmadığını deyir.

XS
SM
MD
LG