Accessibility links

Çernobıl nüvə fəlakətindən 30 il keçir. O zaman şəhər yaxınlığında yerləşən atom elektrik stansiyasında baş vermis partlayış geniş ərazini radiasiyaya məruz qoyub və bütün dünyada radiasiya buludları yaradıb.

Bu gün Kiyevdə Çernobıl fəlakətində ölənlərin xatirəsi anılıb. Ukrayna prezidenti Petro Poroşenko və digər siyasi liderlər Ukrayna paytaxtında “Çernobıl Qəhrəmanları və Çernobıl Əsgərləri” abidəsinin önündə keçirilən mərasimdə iştirak edib.

Hadisə baş verən zaman iki nəfər dərhal, 29 nəfər isə bir neçə həftə ərzində həyatını itirib. Növbəti illərdə minlərlə insanın xərçəng və digər xəstəliklər nəticəsində öldüyü təxmin edilir.

200 ton uranın reaktorun yerləşdiyi obyektdə qalmaqda davam etməsi ərazidə yeni radiasiya təhlükəsi yaradır. Bu ərazi növbəti 100 il müddətində təhlükəli olaraq qalır.

Beynəlxalq donorlar Çernobılda yeni və daha təhlükəsiz yanacaq saxlanmsı obyektinin inşası üçün əlavə 99 milyon dollar yardım toplamağa çalışır.

Reaktor indi böyük tikinti sahəsinə çevrilib. Ərazidə kranlar nüvə stansiyasının qalıqlarının yerləşdiyi işləyir.

Partlayışdan 30 il sonra belə radiasiyanın səviyyəsi bu ərazidə təhlükəli hesab edilir.

İşçilərin sayının çox olması isə onların daha az radiasiyaya məruz qalmasına kömək edir.

XS
SM
MD
LG