Accessibility links

Donorlar nüvə təhlükəsizliyinə dair konfransda kifayət qədər vəsait toplaya bilməyib


Donorlar nüvə təhlükəsizliyinə dair konfransda kifayət qədər vəsait toplaya bilməyib
Donorlar nüvə təhlükəsizliyinə dair konfransda kifayət qədər vəsait toplaya bilməyib

Kiyevdə Çernobılda nüvə fəlakətindən sonra ərazinin təmizlənməsi məqsədilə keçirilən konfransda donorlar kifayət qədər vəsait toplaya bilməyib. Konfrans Çernobılda qəzanın 25-ci ildönümü münasibətilə keçirilir. Reaktorun örtülməsi üçün tikinti məqsədilə nəzərdə tutulan 1,1 milyard dollar vəsaitin bu gün yalnız 785 milyon dolları toplanıb. 1986-cı ildə qəzadan sonra radiasiyanın qarşısını almaq üçün reaktorun üstü sarkofaq adlanan örtüklə bağlanmışdı. Lakin bu örtük artıq köhnələrək, yararsız vəziyyətə gəlib. Yeni örtük hazır olduqdan sonra reaktor hissələrə ayrılaraq söküləcək.

XS
SM
MD
LG