Accessibility links

Bu gün Amerikanın növbəti prezidenti uğrunda yarışların ən mühüm günüdür. 11 ştatda keçirilən “Super Çərşənbə Axşamı” hər iki partiyadan öndə gedən iki namizəd müəyyən ediləcək.

Hillari Klinton

Hillari Klinton

"Super Tuesday" Donald Trampın öndə getdiyi respublikaçılar üçün böyük əhəmiyyət kəsb edir. Milyarder biznesmenin 10 ştatda qələbə çalacağı gözlənilir. Ted Kruzun isə vətəni Texas ştatında Trampa üstün gələcəyi təxmin edilir.

Donald Tramp

Donald Tramp

Trampın neçə ştatda qələbə əldə edəcəyi o qədər də mühüm deyil. Mühüm olan respublikçaı namizədlər-Marko Rubio və Ted Kruzun əldə edəcəyi nailiyyətdir.

Rəy sorğularına görə, Trampa verlən dəstək 49 faiz təşkil edir. Rubio 16, Kruz isə 15 faiz dəstəyə malikdir.

Demokratlarda isə Hillari Klinton birinciliyini saxlamaqdadır. Rəy sorğularına görə, sabiq dövlət katibi 55-33 faiz dəstəklə rəqibi Berni Sandersdən irəlidədir.

Hər iki partiyadan prezidentliyə nominasiyalar iyul ayında irəli sürüləcək.

XS
SM
MD
LG