Accessibility links

Çikaqoda etirazlar davam edir


Chicago Protests
Chicago Protests

Çərşənbə günü 2014-cü ildə ağ polis zabitinin qaradərili yeniyetməni güllələyərək öldürdüyü videosu yayılandan sonra Çikaqoda etirazçılar küçələrə çıxıb.

Etirazçılar gölyanı parka yürümədən öncə avtomaqistralda yol hərəkətini blok ediblər.

Nümayişçilər 17 yaşlı Lakan MakDonaldın xatirəsi naminə və məhəkəmə qərarı ilə yayılan polisin yeniyetməni öldürdüyü videoya reaksiya olaraq yürüyüş keçiriblər. Videoda MakDonaldın küçənin ortası ilə getdiyi görünür. Zabit Ceyson Van Dayk silahındn atəş açır və hətta Van Dayk yerə yıxılandan sonra da güllələməyə davam edir.

Çərşənbə axşamı Van Dayk cinayətdən ittiham olunub.

Van Dayk polisə təslim olub və polis bölməsində işindən azad olunub. O MakDonaldı 16 dəfəf güllələməkdə ittiham olunur ki, bu güllələrin əksəriyyəti MakDonald yerə yıxılandan sonra atılıb.

Chicago Tribute qəzeti polisə istinadən MakDonaldın qəribə davrandığını, bədənində narkotik olduğunu və polisin bıçağı atmaq əmrinə əməl etmədiyini bildirib.

Çikaqoda baş verən bu insident son zamanlarda gənc qaradərili oölanların əsaən ağdərili bəzən də qaradərili polis tərəfindən öldürülmə hallarında biridir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG