Accessibility links

Erkən yaşda evləndirilən qızlar və ana dilində maarifləndirmə [Audio Müsahibə]


Beyrut - Əl-Nüsrənin azad etdiyi Livan əsgərləri evə dönür
Beyrut - Əl-Nüsrənin azad etdiyi Livan əsgərləri evə dönür

Simin Səbrinin sözlərinə görə, İranın qeyri-fars bölgələrində ana dilində media və təhsil haqqının mövcüd olmaması qız uşaqları və onların ailələrini maarifləndirmə və sosial inkişaf baxımdan geridə saxlayır. Güneyli mədəni fəal Amerikanın Səsi ilə müsahibədə İranda erkən yaşda evləndirilən qız uşaqlarının sayının yüksək olmasının amilləri, eləcə də bu növ sosial problemlər ilə etnik ayrı-seçiliklər arasında olan əlaqəni dəyərləndirib.

Simin Səbri Güneydə qadınların durumu haqda danışır
please wait

No media source currently available

0:00 0:19:28 0:00
Direct link

Simin Səbri Güney Azərbaycanın siyasi təşkilatlarının qadın hüquqları və xüsusilə erkən yaşda evləndirilən qız uşaqları məsələsinə kifayət qədər diqqət ayırmadıqlarını müşahidə edir.

Uşaqların evləndirilməsi ən çox şəriət qanunları əsasında erkən yaşda evlənməyi normal sayan aşırı dinçi ailələr, habelə çox sayda uşaq sahibi olan və iqtisadi çətinliklər yaşayan yoxsul ailələrdə müşahidə olnur.
Simin Səbri

İranda dövlət qurumları tərəfindən yayılmış rəsmi statistikaya görə, ötən ilin (1392-ci günəş ili) ilk 9 ayında 30 mindən artıq 15 yaş altı qız uşağının evləndirilməsi qeyd edilib.

Simin Səbrinin fikrincə, bu statistika insan haqları, qadın haqları və uşaq haqları sahəsində dərin böhran yaşandığını göstərir.

“Uşaqların bu yaşlarda evləndirilməsi insan haqları normlarına görə təcavüzlə bərabər dəyərləndirilir,” deyə söyləyən güneyli fəal erkən yaşda evləndirilən uşaqların gəldiyi ailə strukturu və sosial təbəqənin xüsusiyyətlərini şərh edib.

Onun sözlərinə görə, uşaqların evləndirilməsi ən çox şəriət qanunları əsasında erkən yaşda evlənməyi normal sayan aşırı dinçi ailələr, habelə çox sayda uşaq sahibi olan və iqtisadi çətinliklər yaşayan yoxsul ailələrdə müşahidə olnur.

Simin Səbri İran İslam Respublikasının siyasətlərinin də sosial böhranda mühüm rol daşıdığını vurğulayıb. O, habelə İran hakimiyyətinin ölkə əhalisinin sayını artırmaq istiqamətində yürütdüyü siyasətlərə işarə edib.

Norveçdə yaşayan qadın haqları fəalı ana dilində təhsil haqqı və mediadan məhrum olan bölgələrdə erkən yaşda evləndirilən qız uşaqlarının sayının çox olmasına diqqət çəkib.

“Bu problemin ortadan qaldırılması üçün qız uşaqları və onların ailələrinin maarifləndirilməsi gərəklidir. Ancaq, yoxsul bölgələrdə ana dilində təhsil haqqı olmayan qız uşaqları məktəbdə də problem yaşayırlar. Ayrıca, onların ailələri də farsca bilmədikləri üçün TV proqramlarından istifadə edə bilmir,” deyə o bu bölgələrin sosial inkişaf və maarifləndirmə baxımından geri saxlandığını qeyd edib.

Simin Səbri güneyli təşkilatları qadın haqları bağlı sosial problemlər istiqamətində ciddi və planlı çalışmağa dəvət edib.

XS
SM
MD
LG