Accessibility links

Yaşamaq üçün yeganə çıxış yolunu Səfiyyəni ərə verməkdə görən valideynləri onun arzularını gözündə qoydu. “Mən həyatımı və təhsilimi davam etdirmək istəyirdim. Mən müəllim olmaq istəyirdim, lakin mən heç vaxt arzuma çatmayacağam ” deyə, özündən yaşca çox böyük Ömərə ərə gedən 16 yaşlı Səfiyyə bildiirir.

Səfiyyə Livanın qaçqın düşərgəsində yaşamaq zərurəti səbəbindən məcburi ərə verilən yeganə qız deyil. Son illər müharibə səbəbindən ev-eşiyini tərk etməyə məcbur olan ailələr uşaqlarını dolandırmaq üçün çıxış yolunu qızlarına ər tapmaqda görür. Lakin azyaşlı gəlinlə bəy arasındakı yaş fərqi bəzən faciə ilə nəticələnir.

Azyaşlə qızların ərə verilməsi Suriya müharibəsindən əvvəllə müqayisədə artıb. UNİSEF-in 2009-cu il hesabatında deyilir ki, Livanın yoxsul ucqar bölgələrində 20-24 yaşlardakı qızların 6 faizi əsasən 18-dən aşağı yaşlarda ərə gedib. Suriyada müharibəsindən əvvəl isə bu 13 faiz təşkil edirdi.

Bütün bunlar Səfiyyənin valideynlərinə tanışdır. Bu ailə 2013-cü ildə İslam Dövlətinin özünü xəlifət elan etməsinə və oradan qovulana qədər Suriyanın Raqqa şəhərində rahat yaşayırdı. Səfiyyənin anası Sabah həyat yoldaşı Tarikin tikinti biznesi olduğunu və işini itirdiyini, bundan sonra isə iş tapa bilmədiyini deyir. Hazırda isə onlar 10 uşağını BMT-nin yardımı ilə böyüdür.

Sabah deyir ki, o və əri Tarik özlərinin narahatlığına, Səfiyyəninin göz yaşlarına baxmayaraq, onu ərə getməyə məcbur edib. “O hələ uşaqdır, ərə getmək isə böyük məsuliyyətdir. O, ailə problemlərini necə həll etməyi, ya da ərinin nə istədiyini belə bilmir.” deyə, Sabah bildirir.

Valideynlər övladlarını sabit həyatla təmin etmək və onları cinsi zorakılıqlardan qorumaq yolunu onların erkən ərə verilməsində görür.

Erkən evlilik eləcə də, cinsi travmalara, əsasən də doğuş zamanı sağlamlıq problemlərinə səbəb olur. Amerikanın Səsi ilə söhbətindən bir neçə gün əvvəl Səfiyyə uşaq salmışdı.

Hal-hazırda isə isə Livan qanununda evliliyin minimum yaşı yoxdur. Bununla bağlı keçən il qanun lahiyəsi təqdim edilməsinə baxmayaraq, təcrübədə bunun çox çətin olduğuna görə, belə bir qanun hələ də qəbul edilməyib.

XS
SM
MD
LG