Accessibility links

USAID dünya boyu analar və körpələr arasında ölüm hallarına son qoymağa çalışır


Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Raciv Şah 1990-cı illə müqayisədə hazırda hər gün 18 000 uşaq və 800 ananın ölümdən xilas olduğunu deyir.

1990-cı illərdə uşaq ölümlərinin sayı 12.6 milyon idisə, 2012-ci ildə rəqəm 6.6 milyona düşüb. İndi hər gün 16 min körpənin, 800 ananın öldüyünü bildirir. Lakin agentliyin rəhbəri Raciv Şah deyir ki, bu halları yaxın zamanlarda tamamilə aradan qaldırmaq mümkündür. “Belə bir addımın atılmasına çağırışdan sonra 176 ölkə buna razı oldu. Amerikanın 3 milyardlıq investisiyası 2015-ci ilin sonunadək əlavə 500 min körpənin yaşamasına yardım edəcək.”

Beynəlxalq İnkişaf Agentliyi eləcə də onlarla şirkətin ianə etdiyi 650 milyon dollar yardıma 5,500 kəndə amoksitsilin kimi dərmanlar alıb göndərməyi planlaşdırır. BMT-nin ana və körpələrin “Minilliyin İnkişaf Hədəfləri” proqramının möhləti 2015-ci ildə başa çatır.

BMT-nin “Hər qadın, hər körpə” proqramından Anita Şarma təşkilatların bu istiqamətdə koordinasiyasını izah edir: “Biz partnyorlarımızla birlikdə əvvəlcə problemlər araşdırır, bundan sonra isə yardım edəcək təşkilatları tapırıq,”

Bəzi bölgələrdə böhranların olmasına baxmayaraq, həm Şah, həm də Şarma böyük nailiyyətlərin əldə edildiyini deyirlər. “Biz icmalarda səhiyyə işçilərinə ana və körpələrə lazım olduğu zaman dərmanları necə əldə edə bilmələrini öyrədirik. Biz əsasən hamiləlikdən sonra qadınların qanaxmadan öldüyü Cənubi Sudan da daxil olmaqla, digər ölkələri qanaxmanın qarşısına alan Misoprostolla təchiz edirik.” - deyə, Şah bildirir.

Anita Şarma pulun ciddi problem olduğunu desə də, sağlamlığın prioritet və iradənin vacib olduğunu deyir.

XS
SM
MD
LG