Accessibility links

Dünya boyu uşaqlarda piylənmə sürətlə artır


P
P

Sağlamlıq haqda xəbərlərdə və qeydlərdə “Daha yaxşı yaşayaq” ifadəsinə tez-tez rast gəlmək olar.

Adətən uşaqlar şəkərli ponçiklər, müxtəlif şirniyyəti çox sevir. Və dünya boyu uşaqlarda piylənmə sürətlə artır. Buna görə də Birləşmiş Krallıq parlamentinin bir qrup üzvü qeyri-sağlam yeməklərin reklamına qadağa qoyulmasını təklif edir.

Dayə Jaklin Hörv baxdığı uşaqların sağlam yeməyə adət etmələrini istəyir. “Əgər siz uşağa həddən artıq çox şirniyyat verirsinizsə, onlar bu dada adət edir və tərəvəz yemək istəmirlər.”

Hökumət insanları müxtəlif yeməklərə alışdırmaq yolunda iş görməlidirmi? İqtisadi Məsələlər İnstitutunun nümayəndəsi Mark Litlvud “xeyr”deyir. “Mənə elə gəlir ki, dünya boyu azad insanların özlərini belə aparması bəzən tibb mütəxəssislərini narahat edir.”

Ümumdünya Səhiyyə Təşkilatının 2013-cü iilin hesablamalarına görə, dünya boyu 40 milyona qədər uşaqda artıq çəki problemi var.

XS
SM
MD
LG