Accessibility links

BMT İrandan qeyri-fars uşaqların üzləşdiyi ayrı-seçkiliyə dair məlumat istəyir


Qaradağ bölgəsi - İran Azərbaycanı

Qaradağ bölgəsi - İran Azərbaycanı

Birləşmiş Millətlər Təşkilatının Uşaq Haqları Komitəsi (CRC) 2016-cı ilin yanvar ayında İranda uşaqların hüquqları ilə bağlı durumun dəyərləndirilməsi üçün keçirəcəyi iclasla bağlı ölkə rəsmilərindən tələb etdiyi əlavə məlumat siyahısında qeyri-fars uşaqların durumu, onların üzləşdiyi ayrı-seçkilik halları və ana dilində təhsil məsələsinə də xüsusi yer ayırıb.

İranda qanunlar və mövcud durumun Uşaq Hüquqları Konvensiyasına uyğunluğunu qiymətləndirmək məqsədi ilə ötən həftələrdə işçi qrupunun dörd günlük iclasını təşkil edən CRC İran dövlətinin rəsmi hesabatını 2016-cı ilin yanvar ayında keçirəcəyi əsas iclasda dəyərləndirəcək.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) veb səhifəsində yayılan sənədə istinadən, İran İslam Respublikasından tələb olunan əlavə məlumat 2015-ci il oktyabrın 15-ə qədər üç bölmədə hazırlanmalıdır; 1-verilən suallara cavab, 2-qısa hesabat, 3-məlumat və statistika.

Birinci bölmədə Komitə İranda qeyri-fars etnik qruplar, o cümlədən, ərəb, türk, bəluç və kürd uşaqlarına qarşı tətbiq edilən geniş ayrı-seçkilik hallarının qarşısının alınması məqsədi ilə dövlət tərəfindən götürülən ölçülərlə bağlı sual verib.

Sualda bu uşaqların gündəlik həyatında hüquq-mühafizə və məhkəmə orqanlarının tətbiq etdiyi məqsədli şəkildə tutulma, nəzarətdə saxlanma, həbs, ölüm, işgəncə və edam halları, habelə onların təhsil hüquqları kimi məsələlərə toxunulur.

Həmin bölmədə əlavə olaraq qeyri-fars uşaqların öz dillərində təhsil imkanı əldə etmək üçün dövlət tərəfindən gərəkli addımların atılıb atılmadığı soruşulub: “Lütfən, etnik azlıqların doğma dillərində təhsil imkanı əldə etmək istiqamətində həyata keçirilən tədbirləri bizə bildirin.”

BMT-nin Uşaq Haqları Komitəsi zorakılıq, namus qətli, cinsi zəmində sui-istifadə, qeyri-formal sektorda çalışan uşaqlar, küçə uşaqları, həbsxanada saxlanılan uşaqlar, o cümlədən edam məhkumları, 18 yaşdan öncə nikah, övladlığa alınan uşaqların evləndirilməsi, əlil uşaqlar, şagird-müəllim əlaqələri ilə bağlı olaylar və məktəbə getməyən uşaqlarla bağlı tələb etdiyi statistikada uşağın yaş, cinsiyyət və yaşadığı bölgədən əlavə etnik mənsubiyyətinin də müəyyən edilməsini istəyib.

Show comments

XS
SM
MD
LG