Accessibility links

Məhəmməd kimi minlərlə uşaq arzularından uzun zamandır əl çəkib


Sentyabrın 17-si Suriya qaçqınları ilə dolu rezin qayıq Türkiyə sularında batanda 17 yaşlı Məhəmməd və 3 yaşlı Aylan da sulara qərd oldu. Məhəmməd sağ qaldı, lakin sular Aylanın cəsədini sahilə atdı və onun ölü şəkli bütün dünyada insanlar tərəfindən şok kimi qarşılandı. “Mən hələ də kədər içindəyəm, mən onu heç vaxt unutmayacağam” deyə, Məhəmməd bildirir.

Başında yumşaq papaq və əynində nazik palto, keçən həftə Almaniyaya gələn Məhəmmədin özü də hələ uşaqdır. Lakin yeni həyata başlamaq üçün sənəd gözləyən Məhəmməd arzularından uzun zamandır əl keçdiyini deyir. “Əvvəlcə, mən burada özümə rahat həyat qurmaq, sonra isə ailəmi gətirmək istəyirəm. Bunları etdikdən sonra məktəbə gedəcəyəm” deyə, o bildirir.

Məhəmməd başına gələnləri meşənin hündür ağacları ilə əhatə olunmuş qaçqın düşərgəsində danışır. Onun ətrafına toplaşan, elə özü yaşlarındakı gənc suriyalılar onun kimi olduqca təhlükəli səfərə çıxıb. Məhəmmədin dediyinə görə, həmin gün Aylanın anası və qardaşı daxil olmaqla, dənizdə azı 11 nəfər batıb.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, bu il Aralıq dənizini keçmək istəyən çoxu uşaq olmaqla, 3500 nəfət həyatını itirib.

Sahilə az qalmış dalğanın qayığı necə döndərdiyi və insanların suya töküldüyü hələ də Məhəmmədin yadındadır. Bəziləri qayığın qıraqlarından tutaraq üzə bilmək üçün xilasedici gödəkçələrini çıxarır, bəziləri isə heç üzə bilmirdi. O deyir ki, 5 saatdan sonra onlar xilas edilib və onun özü də daxil olmaqla, gecə həbsxanaya gətirilib.

Məhəmmədin xilas edilməsindən sonrakı günlər dünyanın hər yerində insanlar Aylanın ölümündən kədərləndiklərini bildirdi. Hökumətlər isə Afrika və Yaxın Şərqdən qaçan yüz minlərlə insana daha çox yardım ediləcəyinə söz verdi. Almaniya bu il 800 min qaçqını qəbul etməyə hazır olduğunu bəyan etdi.

BMT-nin uşaq agentliyi UNİSEF-in bildirdiyinə görə, siyasi sığınacaq üçün bu il 190 min uşaq müraciət edib, bu da keçən illə müqayidəsə iki dəfə çoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG