Accessibility links

Çilili oyunçu Fransisko Silviyanın vurduğu cərimə zərbəsi arqentinalı qapıçı Serqio Romerodan keçərək Çilini ikinci dəfə "Copa America" futbol çempionatının qalibi edib.

Bazar günü 82 mindən çox futbol azərkeşi qarşısında Nyu-Cersinin East Rutherford şəhərində qarşılaşan Çili ilə Argentina əsas və lavə vaxtda hesabı aça bilməyib.

Bazar günü keçirilən oyun keçən ilin "Copa America" finalının bir növ təkrarı olub. Belə ki, əsas vaxtda hesab açılmadığında komandalar əlavə 30 dəqiqə də oynamayıblar. Ancaq yenə qapılara qol vurulmadığından matçın taleyini penalti zərbələri həll edib.

Arqentina yığmasının dünyada ilin oyunçusu adını qazanmış kapitanı Lionel Messi ilk penaltı zərbəsini vursa da, onun zərbəsi qapıdan yan keçib. Sonrakı iki Arqentina oyunçusu zərbələri qola çevirsə də, bu Çili qarşısında qalib gəlməyə kifayət etməyib.

Daha sonra Messi milli komandadan ayrılacağını elan edib. O, Arqentinanın TyC Sports şəbəkəsinə bildirib ki, milli komandada karyerası başa çatıb. Mən ən yaxşısını etmək istədim, alınmadı. Düşünürəm ki, hər şey sona çatdı.

29 yaşlı Messi Barselona klubu ilə dörd dəfə Avropa Çempionlar Liqası titulunu qazanmasına nail olub.

XS
SM
MD
LG