Accessibility links

Çilidə yağan güclü yağışlar səbəbilə üç nəfər ölüb, azı yeddi nəfər isə itkin düşüb. Ölkənin adətən quru keçən yay mövsümündə yağan yağışlar paytaxt Santyaqo ətrafında çayların daşmasına və təxminən 3 min 4 yüz insanın təcrid olunmasına səbəb olub. Bundan əlavə ölkədə torpaq sürüşmələri və su kəsintiləri halları baş verib.

Santyaqoda bir milyona yaxın evə təmiz su təchizatı kəsilib. Paytaxtın su təminat şirkəti yağışların bərpa işlərinə maneə törətdiyini bildirib.

Fövqəladə yardım işçiləri sakinlərin şəhəri tərk edə bilmələri üçün Santyaqonun şimalında yerləşən San Hose de Maipo Vadisindəki yollardan töküntüləri təmizləyiblər.

Bu, ötən il mərkəzi Çilidə baş verən ikinci ən böyük daşqın olub.

XS
SM
MD
LG