Accessibility links

Çilidə güclü zəlzələ baş verib


10 nəfər dünyasını dəyişib

Çili rəsmiləri bildirir ki, 8.3 bal gücündə zəlzələ və daha sonrakı şiddətli yeraltı təkanlar nəticəsində 10 nəfər ölüb. Bu səbəbdən sahil boyu ərazilər evakuasiya olunub və sunami ehtimalı ilə bağlı xəbərdarlıq edilib. Çili prezidenti Mişel Başele insanları hazırlıqlı olmağa çağırıb. Rəsmilər zəlzələnin vurduğu ziyanı ölçməyə çalşırlar.

Bir milyondan çox insan evakuasiya olunub.

Bəzi sahilyanı şəhərlərdə daşqınlar baş verib. Paytaxt Santyaqonun əsas hava limanı evakuasiya edilib. Gəmi və qayıqlar dənizə açılıb, quruda olan insanlar isə daha yüksək ərazilərə yerləşiblər.

ABŞ yardım əlini uzaradaq “lazım olduğu qədər” kömək edəcəyini bildirib.

XS
SM
MD
LG