Accessibility links

Çin Əfqanıstanla bağlı beynəlxalq konfransa ev sahibliyi edir


Pekin əfqanlara bu il 82 milyon dollar həcmində yardım ayırıb

Çin Əfqanıstanın təhlükəsizliyi və yenidən qurulması ilə bağlı beynəlxalq konfransa ev sahibliyi edir. Bu konfrans ABŞ və NATO qüvvələrinin ölkədən çıxarıldığı ərəfədə Çinin Əfqanıstanda artan rolunu vurğulayır.

Çin baş naziri Li Keçianq və Əfqan prezidenti Əşrəf Qani Əfqanıstan üzrə İstanbul Prosesinin nazirlər konfransının açılış mərasimində iştirak ediblər.

Çin Əfqanıstana bu il 82 milyon yardım ayırıb, digər 245 milyonu isə bir neçə il ərzində təhsil imkanlarına ayıracağına söz verib.

Biz düşünürük ki, Əfqan məsələsi Əfqanıstan xalqı tərəfindən həll olunmalıdır.
Li Keqianq

“Çin bu il 500 milyon yuan (82 milyon dollar) təmənnasız yardım pulu ayırıb. Gələn üç il ərzində isə Əfqanıstanı təmənnasız 1.5 milyard yuanlıq (245 milyon dollar) yardımla təmin edəcək. Gələn beş il ərzində isə Çin bütün çevrələrdən 3000 insana təlim keçəcək və 500 tələbəni təqaüdlə təmin edəcək.”

Çin baş naziri Əfqanıstanın qonşularını Əfqanıstana təhlükəsizlik və stabillik məsələlərini həll etməkdə dəstəkləməyə çağırıb.

“Biz düşünürük ki, Əfqan məsələsi Əfqanıstan xalqı tərəfindən həll olunmalıdır. Biz inanırıq ki, Əfqanların öz məsələlərinini həll etməyə bacarıqları da bilikləri də çatır. Qonşu ölkələr əsasən də Əfqanıstanın stabillik və təhlükəsizliklə təmin etmə cəhdlərinə yardım etməlidirlər. Beynəlxalq ictimaiyyət Əfqanıstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə ehtiram göstərməlidir, onların daxili işlərinə müdaxilə etməməlidir və qonşu xalqlar Əfqanıstanın təhlükəsizlik və stabilliklə təmin etmə cəhdlərinə yardım etməlidirlər.

Bu gün Əqanıstan prezidenti Qani Talibanı Əfqanıstandaxili sülh prosesində iştirak etməyə dəvət edib, lakin bildirib ki, təcavüzə imkan verilməyəcək.

“Sülh bizim ən yüksək prioritetimizdir. Biz siyasi müxalifətləri, əsasən də Talibanı Əfqanıstandaxili dialoqa dəvət edirik, və beynəlxalq həmkarlarımızdan da Əfqanıstandaxili və Əfqanıstana mənsub olan sülh prosesini dəstəkləmələrini xahiş edirik. Biz, nəhəng illüziyaları olan qrupların ölkəmizdən döyüş meydanı və beynəlxalq sistemə qarşı raket poliqonu kimi istifadə etmələrinə icazə verməməliyik, verməyəcəyik də.”

Prezident Qani bildirib ki, Əfqanıstan Çinin Əfqanıstana verdiyi dəstəyə görə minnətdardır.

“Biz Çin Xalq Respublikasının Əfqanıstanda və regionda sülhün, inkişafın və stabilliyin təbliğindəki fəal iştirakına inanırıq. Biz, Əfqan xalqı olaraq, diqqət və dəstəyə görə minnətdarıq və nəticəni səbirsizliklə gözləyirik. Biz tarixə qalib gəlməkdə qərarlıyıq. Bizə sadəcə sizin köməyiniz lazımdır. Çox sağ olun.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG