Accessibility links

Çinin bir uşaq siyasətinin dəyişməsi internetdə ciddi debatlara yol açıb.

Çinlilərin əksəriyyəti bir uşağın xərcinin onsuz da çox olduğundan şikayətlənir.

Bəziləri yeni siyasəti dəstəkləməyəcəklərini, digərləri isə neçə uşağa sahib olmağın şəxsi qərar olduğunu bildirir.

Çin rəsmiləri bir uşaq siyasətinin dəyişdirilməsini ölkədə ciddi gender problemi və işçi qüvvəsinin azlığı ilə izah edib.

Çin bir uşaq siyasətinin ləğvini dünən bəyan edib. Beləliklə ailələr iki uşaq sahibi ola biləcək.

Bu haqda bəyanat Pekində bağlı qapılar arxasında keçirilən yüksək səviyyəli görüşdən sonra verilib.

Təhlilçilərin firkincə, iki uşaq siyasəti müsbət addım olsa da, Çində doğum səviyyəsini artırılması üçün kifayət etməyəcək.

Çində 2013-cü ildə bacı və qardaşı olmayanların ikinci uşaq dünyaya gətirməsinə icazə verilmişdi.

Bu ölkədə bir uşaq siyasəti 1980-ci ildən əhali sayının nəzarətdə saxlanması üçün qüvvəyə minmişdi.

Çinin 19 ucqar vilayətində isə birinci övladları qız olan ailələrə ikinci uşaq siyasəti tətbiq edilir.

Çin əhalisi 1.37 milyard nəfərdir.

XS
SM
MD
LG