Accessibility links

Çində sərnişin gəmisi batıb


Xilasetmə işləri davam etdirilir

Çinin mərkəzi bölgəsində xilasedicilər Yantzı çayında baş verən qasırğa nəticəsində batan gəminin 450 sərnişinin axtarışlarını davam etdirirlər.

Sinhua xəbər agentliyi inidiyədək hələ 15 nəfərin xilas edildiyini və 5 cəsədin çıxarıldığını bildirir. Güclü külək və yağış digər sərnişinlərin tapılması işini çətinləşdirir.

Bir çox sərnişinin gəminin içərisində ilişib qaldığı güman edilir. Bəzi media məlumatlarına əsasən, xilasedicilər batan gəminin içindən yardım fəryadları eşitdiklərini bildiriblər. Ondan öncə isə sudan 65 yaşlı qadın çıxarılıb.

Baş nazir Li Keqianq xilasetmə işlərinə şəxsən nəzarət edir. O çərçənbə axşamı Dövlət Şurasının işçi heyəti ilə birgə xilasetmə işlərinin aparıldığı yerə gəlib.

Prezident Şi Tsinpinq sərnişinləri xilas etmək üçün bütün səylərin səfərbər olmasına çağırıb. Sərnişinlərin əksəriyyəti 50-80 yaş arasındadır.

Qəzanın səbəbi hələ də bəlli deyil. Gəmi Nancinqdən Çonqqinq şəhərinə səmt götürmüşdü.

XS
SM
MD
LG