Accessibility links

ABŞ Cənubi Çin dənizinə təyyarədaşıyan gəmilər yerləşdirir


ABŞ Cənubi Çin dənizinə təyyarədaşıyan gəmilər yerləşdirir. Bu ölçü Çin qarşısında qüdrət nümayiş etdirilməsi kimi qiymətləndirilir.

Gəmilərin gələn həftənin əvvəli regiona çatacağı gözlənilir.
Çin bu dənizin demək olar ki, hamısının ona məxsus olduğunu iddia edir. Amerika isə Çinin regionu hərbiləşdirdiyini deyərək, digər ölkələrin ərazi iddialarına dəstək verir.

Keçən ay Çinin Parcel adalarına raketlər yerləşdirməsindən sonra ABŞ admiralı Harri Harris Konqresə Çinin bölgədə militarizasiya apardığını deyib.

Çin isə bu itthamları rədd edərək, Amerikanın regionda gərginlik yaratdığını bildirir.

ABŞ müdafiə naziri Eş Karter ordu nümayəndələri ilə görüşü zamanı Çinin aqressiv davranışına cavab veriləcəyini deyib.
Pekin nəhəng inşa işləri başladaraq rifləri adalara çevirir və bu süni yaradılmış torpaqlarda yollar və obyektlər salaraq Filippin, Vyetnam, Tayvan və regiondakı başqa Asiya dövlətlərinin oradakı iddialarına məhəl qoymur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG