Accessibility links

Çin hökumətinə məxsus bir qrup gəmi Şərqi Çin Dənizində Yaponiyanın nəzarət etdiyi adalara yaxın sulara daxil olub. Son insident Yaponiyanın Çinə hərbi müdaxiləsinin ildönümünə təsadüf edir.

Yaponiya sahil patrul xidməti adalar yaxınlığında 10 gözətçi gəminin qeydə alndığını xəbər verib. Yaponiya rəsmiləri bundan öncə Çinə məxsus bir patrul gəmini geri qaytarmışdılar.

İki yapon fəalın adalardan birinə gəlməsi Çin xarici işlər nazirliyi tərəfindən qəzəblə qarşılanmışdı. Nazirlik bu aktı Çin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirmişdi.

İnsanlar tərəfindən məskunlaşmamış adalar üzərində mübahisə Çində anti-Yaponiya nümayişlərinə yol açıb.
XS
SM
MD
LG