Accessibility links

Çinli həkim körpə uşaqların ticarəti ilə əlaqədar həbs olunub


Çinin şimalında yeni anadan olan yeddi körpənin insan alverçilərinə satdığını etiraf edən həkim ölüm cəzası ilə üzləşə bilər.

Dövlət xəbər agentliyinin xəbərinə görə, Zhanq Şuxia körpələri Fupinq rayonunun Şanxi əyalətinin xəstəxanasına götürdüyünü məhkəmədə etiraf edib.

55 yaşlı mamaça valideyinlərə uşaqların anadangəlmə ciddi xəstəliklərinin olduğuna inandıraraq körpələrdən imtina etməyə razı salıb.

Uşaqlardan biri 165 dollara satıldıqdan sonra həyatını itirib. Ancaq altı uşaq xilas edilib.

Dövlət xəbər agentliyi Global Times bildirib ki, Zhanq ailələrdən üzr istəyib. O bunu ehtiyacı olan ailələrə kömək məqsədi ilə etdiyini deyib.

Uşaq ticarəti Çində böyük probləmlərdən biridir. Təhlilçilər ailədə tək uşaq siyasətinin insan alveri hallarının artmasına səbəb olduğunu .

Pekin rəsmiləri problemin qarşısını almaq üçün övladlığa götürmə qanunlarını təkmilləşdirilməsi kimi tədbirlər görürlər. Rəsmi Pekinin tək uşaq siyasətini tədricən yüngülləşdirildiyi müşahidə edilir.
XS
SM
MD
LG