Accessibility links

Çin prezidenti Şi Tsinpin internetin tənzimlənməsində qlobal əməkdaşlığa çağırıb.

Dünyanın onlarla ən böyük texnologiya şirkətinin nümayəndəsi çərşənbə günü Çinin başçılığı ilə Vujen şəhərində keçirilən ikinci Ümumdünya İnternet Konfransından öncə Şi Tsinpinin çıxışını dinləyib.

Çin lideri bütün ölkələrin bir-birinin ölkə sərhədləri daxilində internet xidmətlərini nizamlamaq və inkişaf etdirmək hüququna hörmət etməli olduğunu dilə gətirib.

Çinin hakim Kommunist Partiyası ölkədə internetdən istifadəyə sıx nəzarət edərək, qeyri-müvafiq və ya təxribat xarakterli hesab etdiyi materialları blok edir.

İnsan haqları qrupu Amnesty International texnologiya şirkətlərini “ifadə azadlığının qarşısını alacaq və insan haqları pozunularını artıracaq dərəcədə qlobal internetdən idarəsinə təsir etmək səylərini” rədd etməyə çağıran bəyanat yayıb.

XS
SM
MD
LG