Accessibility links

Çində anti-korrupsiya kampaniyası davam etdirilir


Çinin Təhlükəsizlik Komitəsinin sabiq rəisi ömürlük həbs cəzasına məhkum edilib.

Çin dövlət mediası bildirib ki, Zhou Yongkang korrupsiya ittihamı ilə həbs cəzasına məhkum edilib. O, Kommunist Partiyasının anti-rüşvət kampaniyası tərəfindən cəzalandırılan ən yüksək səlahiyyətli şəxsdir

Rəsmi Sinhua xəbər agentliyi bildirib ki,72 yaşlı Zhou günahını etiraf edib və apellyasiyaya müraciət etmiyəcək. Məhkəmə Tianjin şəhərində qapalı qapılar arxasında keçirilib.

Zhou rəsmən ötən ay rüşvət, səlahiyyətlərindən sui-istifadə və dövlət sirlərini açıqlamaqda ittiham olunub.

Lakin cümə axşamına qədər onun məhkəmə tarixi və yeri məxfi saxlanıb.

Sinhua bildirib ki, Zhou ömrlük siyasi hüquqlarından məhrum və onun şəxsi əmlakı müsadirə edilib.

Ən azı digər yüksək vəzifəli 50 rəsmi və bir çox aşağı səviyyəli kadrlar anti-rüşvət kampaniyası tərəfindən ifşa edilib.


Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG