Accessibility links

ABŞ-Çin nüvə sazişinin yenilənməsinin riskləri və imtiyazları [Video]


Amerikanın nüvə təhlükəsizliyi rəsmiləri Çinlə nüvə əməkdaşlığına dair sazişin yenilənməsinin riskləri və imtiyazlarına dair ABŞ Senatı qarşısında ifadə verib. Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə razılığın daha 30 il müddətinə uzadılması ilə bağlı iki ekspert fikirlərini söyləyib.

Administrasiya rəsmiləri nüvə enerjisi kimi ABŞ-Çin əməkdaşlığının Amerikanın maraqlarına xidmət etdiyini deyir.

Dövlət katibinin yardımçısı Tomas Kountriman: "Biz Çinlə nüvə əməkdaşlığının strateji mahiyyət daşıdına, iqtisadi, ailahların yayılmaması və ətraf mühit baxımından maraqlarımıza xidmət etdiyinə inanırıq."

Çinlə sazişin yenilənməsi Pekinə ABŞ-dan daha artıq nüvə reaktoru və nüvə texnologiyaı almasına imkan yaradacaq. Bu texnologiyanın bəzisi Çinə platonun yenidən emalına yardım edəcək. Ekspertlətrin fikrincə, Pekin bundan sualtı qayıqlarının sakit hərəkətini təmin etməsi ilə yanaşı, onların tanınmasını çətinləşdirdirmək üçün istifadə edəcək.

Qanunvericilər 1985-ci il sazişinin nəzərdən keçirilməsini istəyir. Onlar Çinin ABŞ-da istehsal edilən nüvə texnologiyasında ordu proqramlarında istifadə etmədiyindən və başqa bir ölkəyə satmadığından əmin olmağa çalışır.

Senator Bob Korker: "Çinin sazişə uyğun və onun uzadılması ilə başqa işlər görəcəyinə dair narahatlıqlar mövcuddur."

Özəl şirkətlərlə bağlı narahatlıq dövlət sənayesindən daha artıqdır.

Senator Devid Perdyu : "Çində işləyən müstəqil sahibkarlar, bizneslər narahatlıq yaradır. Çin onlara nəzarət etməlidir. Bunun razılığa salınacağına ümid edirəm."

ABŞ-ın Energetika Nazirliyindən nüvə təhlükəsizlyi eksperti Franks Klotz nüvə silahlarının yayılmamamasına dair təkliflərlə çıxış edib.

"Həm Amerika, həm də Çində ixraca nəzarətlə bağlı təlimlər keçirilməlidir."

Amerikanın enerji rəsmiləri Çinlə sazişə mane olunmasının Amerikanın mühüm bazarlara yolunu bağlamaqla yanaşı, mülki nüvə sənayesinə ciddi ziyan vuracağı barədə xəbərdarlıq verir.

XS
SM
MD
LG