Accessibility links

Çinin Tianjin şəhərində zəhərli maddələrin saxlandığı anbarda partlayışlar olub.

Yayılan videolar və şəkillərdən sıx tüstünun uca bunaların səviyyəsinə yüksəldiyi nümayiş etdirilir.

Dövlət Sinxua xəbər agentliyi partlayışın bir neçə kvartalı əhatə etdiyini, binalar və maşınları dağıtdığını xəbər verib.

Hadisə zamanı 44 nəfər həlak olub, 400-dən çox insan xəsarət alıb. 32 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Yanğınla mübarizəyə yüzlərlə yanğınsöndürən qatılıb.

İlk partlayış yerli vaxtla 11:30-da, 30 saniyə sonra isə ikinci partlayış qeydə alınıb. Birinci partlayışın gücü 3 ton, ikincisinin isə 21 ton TNT-yə (partlayışdan yaranan enerji gücü) bərabər olub.

7 milyon əhalisi olan liman şəhəri Tianjin Çinin dördüncü ən böyük şəhəridir.

XS
SM
MD
LG