Accessibility links

Çinin dövlət Sinxua agentliyinin məlumatına görə, qüllənin çökməsi səbəbi ilə Hebei Yineng mühəndis şirkətinin rəhbəri də daxil edilməklə, 9 işçisi məsuliyyətə cəlb edilib.

Elektrik stansiyasında inşa edilən soyuducu qülləsinin dağılması 74 insanın həyatına son qoyub.

Çinin bildirdiyinə görə,ötən həftə baş verən hadisədən sonra 13 nəfər nəzarət altına alınıb.

Bu gün məsuliyyətə cəlb edilənlərin həmin 13 adam arasında olduğu bəlli deyil.

Sianqxi vilayətində qüllənin çökməsi təhlükəsizlik qaydaları və inspeksiyalar barədə narahatlıqlara səbəb olub.

Çin inşaat sahəsində təhlükəsizlik tədbirlərinin gücləndiriiləcəyinə söz versə də, standartlara riayət edilməməsi halları artmaqdadır.

Show comments

XS
SM
MD
LG