Accessibility links

Çin rəsmiləri etirazçıların qarşısında geri çəkildi


Minə yaxın etirazçı Çidonq küçələrinə çıxaraq maşınları çevirdikdən və hökumət idarələrini zəbt etdikdən sonra Çin rəsmiləri bu şəhərdə sənaye tullantıları obyekti inşa etmək planını ləğv ediblər.

Yerli rəsmilər sakinlərlə polislərin toqquşmasından sonra bu barədə açıqlama veriblər. Planlaşdırılan boru kəməri yaxınlıqdakı zavodun sənaye tullantılarını dənızə axıdacaqdı.

Son vaxtlar Çində ətraf mühitin korlanması ilə əlaqədar etiraz aksiyaları vüsət alıb. On illər boyu hökumətin sənayenin sürətlə genişlənməsinə nəzarət etməməsi, ətraf mühitin qorunması üçün nəzərdə tutulan standartlara riayət etməməsi Çində kütləvi zəhərlənmə insidentlərini və sağlamlıq qorxularını artırıb.
XS
SM
MD
LG