Accessibility links

Çin və Rusiya enerji əməkdaşlığına dair bir neçə razılıq əldə edib


Çin və Rusiya Asiya Sakin Okeanı İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində enerji əməkdaşlığına dair bir neçə razılıq əldə edib.

Rusiya təbii qazının Çinə nəqli ilə bağlı qərb boru xəttinə dair razılıq Vladimir Putin və Çin prezidenti Tsi Cinpinq tərəfindən imzalanıb.

May ayında iki ölkə arasında şərq xətti barədə razılıq əldə edilib.

İmzalama mərasimindən sonra dövlət başçıları Çin-Rusiya əlaqələrinin artmaqda olan mühümlüyünü qeyd edib.

APEC-in açılışq mərasimində Çin prezidenti bildirib ki, ölkəsinin yavaşayan iqtisadi artımı narahatlıqlara səbəb olmamalıdır. Tsi Cinpinq Çinin islahatları dərinləşdirməklə, marketin iqtisadiyyata təsir gücünü artıqmağa çalışdığını deyib.

Çinin dövlət başçısı regional ticarətin artırılmasına çağıraraq, Pekinin regionun infrastrukturuna 40 milyard dollar aylıracağını bəyan edib.

Çin iqtisadiyyatı ilin üçüncü kvartalında ən aşağı səviyyəsinə enib.

ABŞ prezidenti APEC sammitində iştirak etmək üçün bu gün Çinə yola düşüb.

ABŞ rəsmiləri bildirib ki, Obama danışıqlar zamanı Vaşinqtonun Pekinin Amerika hökümətini və biznesslərini izlədiyi haqda narahatlıqlarını müzakirə edəcək.

XS
SM
MD
LG