Accessibility links

Böyük Çin Səddi təhlükədədir [Video]


2500 ildən çox yaşı olan Böyük Çin Səddi planetimizdə insanlar tərəfindən inşa edilən ən məşhur tikilidir. Bu divar son zamanlar hər gün bir daşını itrməklə məhv olmağa başlayıb.

Monqolların işğalından müdafiə məqsədi ilə tikilən bu sədd Çinin tarixi xəzinəsidir. Çinin şimal bölgəsində minlərlə kilometrlik bir ərazidə uzanan bu sədd hər il on minlərlə turist cəlb edir.

Səddin uzunluğu onun zəifliyi deməkdir. Ucqar Hebey vilayətində divarın itməsinə müntəzəm eroziya və vandalizm səbəb olur.

Pekinin turist bölgələrindən fərqli olaraq səddin əksər hissəsi açınacaqlı vəziyyətdədir. Araşdırmalara görə, divarın 74 faizi lazımi mühafizədən məhrumdur.

"2014-cü ilin yayında divarın ucduğunu aşkar etdik. Orada Çin təbabəti üçün hərəsi 5 sent olmaqla əqrəblər satılırdı. Böyüklər üçün 5 sent bir şey olmasa da, uşaqlar buna böyük maraq göstərirdi. Buna görə də Böyük Çin Səddini sökməklə onlar əqrəb axtarırdılar."

Könüllü mühafizəçi Hounun dediyinə görə, divarın ucqar bölgələrdəki hissəsi turist cəlb etmədiyinə görə mühafizə edilmir.

Vandalizmdən əlavə Mao kimi yerli sakinlər divarın problemlər yaratdığından şikayətlənir.

"Havalar quru keçdikdə divar tökülür, küləkli olduqda isə ətrafı toz basır. Divarın təmirə ehtiyacı var."

Çinin Dövlət Şurası divarın müdafiəsinə dair yeni qaydalar tətbiq etsə də, onlar həyata tətbiq edilmir.

Lakin Pekinin bələdiyyə hökuməti Pekin, Hebey və Tianjin bölgələrində Böyük Çin Səddinin təmiri və mühafizəsinə dair razılıq əldə edildiyini bildirir.

XS
SM
MD
LG