Accessibility links

Çin Şincan vilayətində bir çox müsəlman ada qadağa qoyub


Çin ölkənin əsas etibarilə müsəlmanların yaşadığı Sincan vilayətində uşaqlara veriln adlara yeni məhdudiyyətlər tətbiq edib. Rəsmilər bununla etnik uyğurların yeni doğulmuş övladlarına “Məhəmməd” və yaxud rəsmilərin dediyi kimi, “ifrat dərəcədə dini” mənası olan adlar qoymağı qadağan edir.

Bu addım Sincanda rəsmilərin bildirdiyinə görə, dini ekstremizmin yayılmasının qarşının alınması məqsədilə görülən tədbirlər çərçivəsində atılıb.

Lakin təhlilçilər bildirir ki, müsəlmanlara qarşı belə səsrt davranış təkcə Sincanda etirazlar deyil, həm də ölkə boyu etnik zəmində nifrətin yayılmasına səbəb olur.

Sincan vilayətinin Aksu şəhərinin uyğur sakinləri
Sincan vilayətinin Aksu şəhərinin uyğur sakinləri

Yerli hökumətlər bu yaxınlarda etnik azlıqlara məxsus qadağa qoyulmuş bir sıra adlardan ibarət siyahını açıqlayıb. Buraya “Cihad”, “Mədinə” və hətta İslam dininin rəmzləri olan ulduz və ayın birləşməsindən ibarət “Yultuzay” kimi adalar da daxil edilib.

Uyğur fəallar Amerikanın Səsinə qadağan edilmiş 30 addan ibarət siyahı təqdim ediblər. Yeni qaydalara əsasən, bu məhdudiyyətlərə əməl etməyən şəxslər Çində əmlak qeydiyyatı, sosial imtiyazlar, eləcə də səhiyyə xidmətləri və təhsil imkanı verən hukou-dan məhrum olacaqlar.

Uyğurlar arasında yeni qaydalarla bağlı şikayətlər artır.

Sincanda təxminən 10 milyon müsəlman türk etnik azlıq olan uyğur yaşayır.

Sincanın Kəşkar şəhərində İd Kah məscidi
Sincanın Kəşkar şəhərində İd Kah məscidi

İnsan hüquqları fəalları Çin rəsmilərini islam ekstremistləri adı ilə uyğurların mədəni ənənələri və dini inanclarına basqılar qoymamağa çağırır. Bəzi hüquq müdafiəçiləri bildirir ki, Sincanda zorakılıqlar və iğtişaşların əsl səbəbi Çin hökumətinin repressiv nəzarəti ilə əlaqədardır.

Çin uyğurları terror hücumlarında və separatçılıqda ittiham edir və Sincanda uyğurların mədəni və dini hüquqlarının tam təmin edildiyində israr edir.

Ekspertlərin bildirdiyinə görə, Çinin Sincanın inteqrasiyası istiqamətində son illər göstərdiyi cəhdlər və ekstremistləri təqib etməsi uyğurlarla bağlı cəmiyyətdə mənfi imicin yaranmasına gətirib çıxarıb.

XS
SM
MD
LG