Accessibility links

Çinin Sincan vilayətində yeni qarşıdurmalar barədə internetdə məlumatlar yayılıb. Bəziləri sosial mediada Sincanın Qaşqar vilayətində 4 terror hücumu həyata keçirildiyi bildirir.

Bəzi mənbələrin Amerikanın Səsinə bildirdiyinə görə, ölkəyə elə bir pərdə çəkilib ki, xaricdən oraya giriş yoxdur.

Bəzi məlumatlarda telefon və internetin kəsildiyi də qeyd edilir.

BBC yerli rəsmilərə istinadən 13 nəfərin öldürüldüyünü bildirib. Lakin rəsmilər təfərrüata varmayıb. Ölənlərin hamısının Han çinliləri olduğu deyilib.

Amerikanın Səsinin məsələyə aydınlıq gətirmək səyləri baş tutmayıb. Belə ki, Şaçedə yerli polis idarəsinə zəng telefonun yerə qoyulması ilə bitib.

Bir qadın baş verənləri eşitdiyini, lakin bunun təsdiq edilməsi üçün heç bir yol olmadığını deyib. O, telefonların dinlənildiyini və şayiə yayanların həbs edildiyini bildirib. Qadın əlavə edib ki, gərgin durum bizneslərə də təsirsiz olmayıb. Regionda Ramazan bayramını qeyd edən müsəlman uyğurlar əksəriyyət təşkil edir.

​Dövlət mediası baş verənlər haqda məlumat vermir. Lakin Sinxua xəbər agentliyi müsəlmanların məsçiddə ibadət etdiyini nümayiş etdirib. Qaşqarın Kah məscidi qarşıdurmaların baş verdiyi bölgədən bir neçə km-lik məsafədə yerləşir.

Sincan zorakılıqları ölkənin digər bölgələrinə də yayılıb. Rəsmilər uyğur separatistləri hücumlar və xaricdən təlimlər almaqda günahlandırır.

Tənqidçilərin dediyinə görə, hökumətin ciddi nəzarət etdiyi vilayətdə müsəlman uyğurlar dini və mədəni məhdudiyyətlərlə üzləşir.

Bir neçə ekstremistin əməllərinə görə bötüv bir etnik icma hədəf alınıb

ABŞ-ın din azadlıqlarına dair son hesabatında Çinin bu ucqar regiondakı siyasətinə dair narahatlıq bildirilib.

ABŞ dövlət katibiinin Demokratiya və İnsan haqları üzrə müavini Tom Malinovski deyib ki, bir neçə ekstremistin əməllərinə görə bötüv bir etnik icma hədəf alınıb.

Sincan və digər yerlədə son bir il ərzində zorakılıqlar nəticəsində 200 adam öldürülüb. Hökumət regionda baş verənlərə cavab olaraq ciddi təhlükəsizlik kampaniyası aparır, bölgəyə çoxsaylıq polis və hərbi qüvvə yerləşdirib.

Sincan vilayəti

Sincan vilayəti

Cari ilin əvvəllərində 10 terror aksiyası qeydə alınıb. Onların 7-si Sincanın Qaşqar bölgəsində baş verib.

Cin hökuməti və ölkə xaricindəki uyğur qrupları hadisələrlə bağlı fərqli məlumatlar verib.

Sinxua xəbər agentliyi zorakılıqların polis idarəsinin bıçaq və baltalarla silahlanmış insanların hücumuna məruz qalmasından sonra baş qaldırdığını bildirir. Məlumatda polis tərəfindən onlarla insanın öldürüldüyü deyilir.

Amerikanın Uyğur Assosiasiyasının bəyanatında isə insanların hökumətin Ramazan bayramında əl atdığı ağır ölçülərdən müdafiə edildiyi deyilir. Bəyanatda 20 uyğurun öldürüldüyü, 70-nin həbs edildiyi bildirilir.

XS
SM
MD
LG