Accessibility links

Güclü tufan Çinin cənub bölgələrini təsirinə məruz qoyub


Güclü tufan Çinin cənub bölgələrini təsirinə məruz qoyub. Bölgədə yaşayan on minlərlə insan evakuasiya edilib.

Milli Meteorologiya Mərkəzinin bildirdiyinə görə, saatda 180 km sürətli külək və güclü yağış gözlənilir.

Tufanın vurduğu ziyan Guangdong and Hainan vilayətlərində qeydə alınıb. Gələn iki gün ərzində tufanın səngiyəcəyi proqnozlaşdırılıb.

Hainanın hava limanında bütün uçuşlar və dəmir yolu reysləri təxirə salınıb.

60 min balıqtutma gəmisi sahillərə qaytarılıb. Balıqçılıq fermalarından 40 min balıqçı sığınacaqlara köçürülüb.

Mujiqae tufanı dünən Filippin adaları üzərindən kecərək, daşqınlar və torpaq sürüşmələrinə səbəb olub. 150-dən çox balıqçı itkin düşüb.

Koreya dilində göy qurşağı demək olan Mujiqae bu ilin 22-ci tufanıdır.

XS
SM
MD
LG