Accessibility links

Çində bir uşaq siyasəti ləğv edilib. Beləliklə ailələr iki uşaq sahibi ola biləcək.

Bu haqda bəyanat Pekində bağlı qapılar arxasında keçirilən yüksək səviyyəli görüşdən sonra verilib.

Təhlilçilərin firkincə, iki uşaq siyasəti müsbət addım olsa da, Çində doğum səviyyəsini artırılması üçün kifayət etməyəcək.

Çində 2013-cü ildə bacı və qardaşı olmayanların ikinci uşaq dünyaya gətirməsinə icazə verilmişdi.

Bu ölkədə bir uşaq siyasəti 1980-ci ildən əhali sayının nəzarətdə saxlanması üçün qüvvəyə minmişdi.

Çinin 19 ucqar vilayətində isə birinci övladları qız olan ailələrə ikinci uşaq siyasəti tətbiq edilir.

Çin əhalisi 1.37 milyard nəfərdir.

XS
SM
MD
LG