Accessibility links

Çinin dövlət Tsinxua agentliyinin məlumatına görə, 3 müsəlman uyğur ölüm cəzasına məhkum edilib. Onlar təyyarə qaçırılmasınada ittiham edilirdi. 4 nəfər ömürlük azadlıqdan məhrum edilib. Onlara qarşı cinayətin planlaşdırılması və terrorçu qrupun rəhbərləyi ittihamları irəli sürülüb.

Rəsmilər iyun ayında entik qrupun 6 üzvünün Sincan vilayətinin Hotan şəhərindən qalxan təyyarəni qaçırmağa cəhd etdiyini bildirib. Onların cəhdinin qarşısı sərnişinlər və təyyarə heyətinin üzvləri tərəfindən alınıb.

Dövlət mediasının məlumatına görə qarşıdurma zamanı iki nəfər həlak olub. Uyğurların məşkunlaşdığı Sincan vilayətində bu etnik azlıq dini və mədəni hüquqlarının pozulduğundan şikayətlənir. Bu bölgədə uyğurlarla Çinin təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar tez-tez baş verir.
XS
SM
MD
LG