Accessibility links

Çin və Hindistan sərhəd danışıqlarına başlayıblar


İki ölkə arasında ərazi münaqişəsi uzun illərdir davam edir

Bazar ertəsi Hindistan və Çin uzun zamandır davam edən ərazi münaqişəsini həll etmək məqsədilə Dehlidə sərhəd danışıqlarının 18-ci raunduna start verib.

Faktiki Nəzarət Xətti barədə danışıqlar baş nazir Narendra Modinin iki il əvvəl vəzifəyə gəlməsindən bəri ilk dəfədir bərpa edilir.

İki ölkə arasında münaqişə uzun zamandır davam edir. Faktiki Nəzarət Xəttində tez-tez kiçikmiqyaslı hücumlar baş verir. 4000 kilometr uzunluğundakı de-fakto sərhəd Himalay dağlarından keçir və biçilmiş ot zolaqları olan ucqar əraziləri əhatə edir.

Çin Şərqi Himalayda 90 min kv. kilometr torpağı tələb edir, Hindistan isə bunu rədd edir.

Ərazinin böyük hissəsi Hindistanın Arunaçal yarımadasında yerləşir.

Ötən il regionda Hindistan və Çin arasında iki həftə hərbi qarşıdurma baş verib.

Sərhəd münaqişəsi 1962-ci ildə Asiyanın iki ən böyük ölkəsi arasında qısa müddətli müharibəyə səbəb olub.

XS
SM
MD
LG