Accessibility links

İlin yekunları: Çinin xarici siyasəti [Video]


2014-cü ildə Çin dünyanın ən güclü iqtisadiyyatı olaraq ABŞ-ı ötüb

2014-cü il Çinin Asiyada yenidən öz gücünü göstərdiyi il olub. Çin ərazi iddiasını ifadə etmək və region və Afrikada gücünü təsdiqləmək üçün ciddi səylər sərgiləyib. Bu il Çin həmçinin artan problemlərlə üzləşib, çünki Çin yüksələn qlobal qüdrət roluna uyğunlaşırr.

Bəlkə çox az insan bundan xəbərdardır, lakin bəzi meyarlara görə Çin ABŞ-ı dünyanın ən güclü iqtisadiyyatı olaraq ötüb keçib. Lakin çox az adam buna sevinir.

Çinin hətta dünyann ikinci ən güclü iqtisaddiyatı olması belə çox tez oldu və Çin buna hazır deyildi. Bunun səbəbi isə qlobal maliyyə böhranı idi

Politoloq Vanq Yivey bildirir ki, Çində əksər insanlar Çinin ən güclü iqtisadiyyat olmasını ağır yük kimi dəyərləndirir.

“Çin bir nömrə hətta iki nömrə olmaq istəmir. Çinin hətta dünyann ikinci ən güclü iqtisaddiyatı olması belə çox tez oldu və Çin buna hazır deyildi. Bunun səbəbi isə qlobal maliyyə böhranı idi. Mən də daxil olmaqla bütün Çinli liderlər düşünürdü ki, bizim ikinci yer tutmağımız uzun zaman alacaq. Amma hər şey o qədər tez baş verdi ki, biz buna hazır deyildik. Bizim Yaponiya ilə münasibətimizin pisləşməsinin səbəbi də budur.”

Çinin münasibəti təkcə Yaponiya ilə pis deyil. Çinin Vyetnamın sahilinə yaxın böyük neft qurğusu yerləşdirməsi nəhəng reaksiya yaradıb. Pekinin Filippinlə də Cənubi Çin Dənizindəki ərazi iddaları üzərində mübahisələri artıb.

Pekin Universitetinin politoloqu Cia Qinquo bildirir ki, bu cür problemlər Çinin daha böyük qlobal rolu üstələndiyi üçün üzləşdiyi çətinlikləri ön plana gətirir.

“Çin həm inkişaf etmiş həm də inkişaf etməkdə olan bir dövlətdir. O, həm varlı həm də kasıb xalqdır. O, həm zəif, həm də güclü dövlətdir. O, həm normal böyük ölkədir həm də superqüvvədir. Bu nifaq və ölkənin statusunun ziddiyətli xarakteri ölkənin maraqlarına təsir edir, çünki inkişaf etmiş və inkişafda olan ölkələrin maraqları eyni olmur.”

Bu il, dünyanın özünü Rusiyadan uzaqlaşdırdığı zaman, Pekin və Moskva arasındakı münasibətlər isindi. Eyni zamanda Çin regiondakı qonşu dövlətlər və digər ölkələrlə də yaxın münasibət qurmaq istəyir.

Çin BMT-nin Afrikada sülhməramlı missiyası üçün daha çox qoşun göndərir.

Çin şirkətlərinin Cənubi Sudanda böyük neft maraqları olduğu üçün, Çin oraya 2000-dən artıq qoşun göndərib. Çin Ebola virusu ilə mübarizədə də töhfələrini artırır.

Vaşinqton və Pekin iqlim dəyişikliyinə qarşı mübarizədə birlikdə səy göstərməyə razılaşıblar və Çin ilk dəfə olaraq bu il ABŞ-la birlikdə hərbi-dəniz təlimlərində iştirak edib.

Çin həm inkişaf etmiş həm də inkişaf etməkdə olan bir dövlətdir.

Siyasi təhliçi Viktor Qao:

“Mən düşünürəm ki, Çin yeni ideyalar, yeni misallar, diplomatiyadakı müzakirə etdiyimiz çətinliklərə qarşı yeni yanaşma yollarını gündəmə gətirməlidir. Düşünürəm ki, prezident Şi Cinpinq bunu edir, və o, Çinin dünyada tutduğu mövqeyini dəyişir.”

Cənab Şi xarici siyasətini bərpa edir, lakin ölkə daxilində onun hakimiyyəti gücləndirməyə çalışmasına dair artan narahatlıqlar mövcuddur.

Bu ay ABŞ prezidenti Barak Obama cənab Şinin sürətlə artan gücünün insan haqlarına təhlükə yaratdığını qeyd edib. Cənab Obama həmçinin bildirib ki, cənab Şinin Çin millətçiliyini alovlandırması qonşu dövlətləri narahat edir.

XS
SM
MD
LG