Accessibility links

Çinli fəal Çen Quanqçenq bir sıra tədbirlərdə çıxış etmək üçün Tayvana çatıb.

Fəala sponsorluq edən Çində İnsan Hüquqları Naminə Tayvan Assosiasiyası 18 günlük səfərin məqsədinin azadlıq və insan hüquqlarının təbliği olduğunu bidlirir.

Çinlə ABŞ-ın diplomatik böhranının mərkəzində yer alan Çen ötən il ev dustaqlığından qaçaraq, ABŞ-ın Çindəki səfirliyindən sığınacaq istəmişdi. O, yerli hökümət rəsmilərini məcburi abort şikayətlərini sənədləşdirərək və Çinin bir uşaq siyasətində sui-istifadələri işıqlandıraraq qəzəbləndirmişdi.

Çen daha sonra Çini tərk etməyə nail olaraq ABŞ-a Nyu-York universitetində təhsil almağa gəlmişdi.

Nyu-York universiteti bu ayın əvvəllərində onun təhsilinin başa çatdığını və bu təhsil proqramının bir illik olduğunu bildirmişdi.

Ancaq Çen universiteti Pekinin təzyiqləri əsasında təhsilinə son verdiyini iddia edir.
XS
SM
MD
LG