Accessibility links

ABŞ və Çin kibernetika hakerliyi və iqtisadi mübahisələrin həllində əməkdaşlığa söz verib


ABŞ və Çin kibernetika hakerliyi və iqtisadi mübahisələrin həllində nailiyyət əldə ediləcəyinə vəd verib.

Pekində keçirilən ikigünlük sammitin sonunda ABŞ dövlət katibi deyib ki, Amerikanın şirkətlərini hədəf alan kibernetika hücumlarına dair Çin rəsmiləri ilə açıq müzakirələr keçirilib.

Çin Amerikanın ABŞ şirkətlərinin intellektual mülkiyətinin oğurlanmasına dair iddiaları rədd edib.

Strateji və İqtisadi Diaoq adlanan tədbir çərçivəsində təşkil edilən səhər yeməyidə ABŞ və Çinin biznesmenləri iştirak edib.

Sammit Çinlə ABŞ arasında kibernetika hücumları, Çinin ABŞ-ın Asiyadakı müttəfiqləri ilə ərazi və iqtisadi əməkdaşlıq sahəsindəki mübahisələr vaxtına təsadüf edib.

XS
SM
MD
LG