Accessibility links

Çində kanalizasiya borusunda yeni doğulmuş körpə xilas edilib


Çində mənzildə kanalizasiya borusundan yeni doğulmuş oğlan usağı xilas edilib.

Çin rəsmiləri Zejianq vilayətində, Tzinhua sakinlərinin dördüncü mərtəbədə iki günlük uşağın ağlamasını eşidib yanğınsöndürənlərə xəbər verdiyini bildirib.

Uşağı borudan çəkib çıxarmaq cəhdi baş tutmadıqda, xilasetmə işçiləri diametri 10 santimetr olan boruda körpənin yerləşdiyi hissəni kəsərək onu xilas edib.

Yanğınsöndürənlər və həkimlər borunu hissələrə böldükdən sonra yeni doğulmuş usağı çıxara biliblər.

Dövlət mətbuatı 2.3 kiloqram çəkisi olan körpənin boruda azı iki saat ilişərək qaldığını ehtimal edir.

Polis uşağın valideyinlərinin axtarışına davam edir.

Çin ailələri ümumiyyətlə oğlan uşağına üstünlük verir. Körpələrin atılma halları isə adətən sosial və maliyyə problemləri ucbatından baş verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG