Accessibility links

Ana maddi imkansızlığa görə doğuşu ayaq yolunda həyata keçirməyə məcbur qaldığını deyib

Çin dövlət televizyasının verdiyi məlumata görə, kanalizasiya borusundan çıxarılmış körpə oğlan usağının səhhəti normaldır.

İlkin müayinəyə görə başında, ayaqlarında və əllərində cızıqlardan başqa uşağın sağlıq durumu yaxşı vəziyyətdədir.

Dövlət televizyasının məlumatına görə, rəsmilərə uşağın kanalizasiya borusuna düşdüyü barədə xəbər verən 22 yaşlı qadın uşağın anası olduğunu boynuna alıb. Xəbərdə adının açıqlanmasını istəməyən qadının uşağı abort etmək üçün maddi imkanı olmadığı üzündən doğuşu ayaq yolunda həyata keçirməsinə qərar verdiyi deyilir.

Çin mediasında körpə uşaqların atılması haqda xəbərlərə tez-tez rast gəlmək olar. Problemə səbəb gənc anaların hamiləlik haqda gec xəbər tutması, cəmiyyətdə qız uşaqlarının arzu olunmaması və Çində olduqca ciddi ailə planlaşdırılması göstərilir.
XS
SM
MD
LG