Accessibility links

Çin məhkəməsi yeni doğulmuş yeddi körpəni oğurlayaraq insan alverçilərinə satmaqda təqsirləndirilən həkimi ölüm cəzasına məhkum edib.

Çinin şimal Şanxi vilayət məhkəməsi ömürlük həbs cəzası ilə nəticələnən məhkəmə işi barədə qərarı bu gün elan edib.

Şanxi vilayətindəki xəstəxanada uşaqların doğuşunda iştirak edən Canq Şuxia məhkəmədə yeddi usağı insan alverçilərinə satdığını etiraf edib.

55 yaşlı qadın akuşer yalandan körpələrin anadangəlmə ciddi qüsurlarla doğulduğunu iddia edərək valideyinləri körpələrindən imtina etməyə razı salıb.

Oğurlanmış körpələrdən altısı xilas edilsə də, bir körpə 165 dollara satıldıqdan sonra ölmüşdür.

Uşaq alveri Çində əsas problemlərdən biridir. Analitiklər deyir ki, tək-uşaq siyasətinin mövcudluğu uşaqların oğurlanması üçün münbit şərait yaradır.

Çin hökuməti problemi aradan qaldırmaq üçün addımlar atır və tək-uşaq siyasətinin tədricən yüngülləşdirməsini nəzərdən keçirir.
XS
SM
MD
LG