Accessibility links

Çin dövlət mətbuatı Kommunist Partiyasının sabiq siyasətçisi Bo Silaini rüşvətxorluq, mənimsəmə və vəzifəsindən sui-istifadədə təqsirləndirib.

Rəsmi Sinhua xəbər agentliyi Bonun sahil Şandonq vilayətinin Cinan şəhərində məhkəmə qarşısına çıxarıldığını bildirib.

Prokuror Bonu vəzifəsindən sui-istifadə edərək külli miqdarda vəsait mənimsəməkdə təqsirləndirib.

İttihamlara külli miqdarda pul və əmlak qismində rüşvət almaq da daxildir. Məlumatda Bonun uzun zamandır gözlənilən məhkəmə prosesinin zamanı barədə heç nə deyilməyib.
XS
SM
MD
LG