Accessibility links

GlaxoSmithKline şirkətinin rəhbərlərinin rüşvət qalmaqalı


Çin məhkəməsi Britaniya dərman nəhəngi GlaxoSmithKline-i 490 milyon dollar cərimə edib.

Məhkəmə şirkətin filialının britaniyalı sabiq meneceri və digər nümayəndələrini şirkətin məhsullarından istifadə etmək üçün həkim və xəstəxanalara rüşvət təklif etməkdə təqsirli bilərək həbs edib.

Rəsmi Sinhua xəbər agentliyi bildirib ki, mərkəzi Hunan vilayətinin Çanqşa şəhərində məhkəmənin tətbiq etdiyi cərimə Çin məhkəməsinin indiyədək tətbiq etdiyi ən ciddi cəzadır.

Məhkəmə şirkətin Çindəki sabiq rəhbəri Mark Reilli və digər rəhbərlərini də iki və dörd il arası müddətə azadlıqdan məhrum edib.

Polis Reillini qanunsuz yolla milyardlarla dollar mənimsəmək məqsədi ilə şirkət işçilərinə xəstəxanalar, həkimlər və səhiyyə müəssisələrinə rüşvət təklif etmək əmri verməkdə təqsirləndirir.

XS
SM
MD
LG