Accessibility links

Çində britaniyalı və onun amerikalı həyat yoldaşına qarşı ittiham irəli sürülüb


Çin rəsmiləri bir britaniyalı və onun amerikalı həyat yoldaşını Çin vətəndaşları haqda qeyri-qanuni şəkildə özəl məlumatlar alıb-satmaqda ittiham edib.

Piter Humfrey və Yinqzenq Yu iyul ayında həbs edilib. Çinli təhqiqatçılar GlaxoSmithKline Birtaniya farmakologiya şirkətində korrupsiya hallarını araşdıran zaman onlarla əlaqəni aşkar edib.

Rəsmilər deyib ki, təhqiqatçılar Çin vətəndaşlarının əmlakı, onların səfərləri və ailə üzvlərinin sayı haqda məlumat toplayan şəxslərlə danışıb.

Təhqiqatçılar şübhəli şəxslərin bu məlumatları fərqli ölkələrdən adı çəkilməyən şirkətlər, hüquq firmaları və digər təşkilatlara satdığını deyib.

Piter Humfrey və onun həyat yoldaşı risk idarəetmə şirkətinin sahibidir. Bu şirkət GlaxoSmithKline də daxil olmaqla bir sıra korporasiyalarla birgə iş aparıb.

Sinhua xəbər agentliyi bildirib ki, Humfrey Reuters xəbər agentliyinin müxbiri olub. Yu isə cinayət törətdiyini heç bir şey gizlətmədən etiraf edib.

Britaniya və Amerika rəsmiləri tərəfindən heç bir şərh verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG