Accessibility links

Çinin dövlət xəbər agentliyi bildirib ki, bu gün ölkənin şimal-qərb regionu, Sincanda güclü zəlzələ azı dörd nəfərin ölümünə səbəb olub.

Şinhua xəbər agentliyi bildirib ki, 6.5 bal gücündə zəlzələ azı 48 nəfərin xəsarət almasına, saysız-hesabsız evin zədələnməsinə və ya dağılmasına səbəb olub.

Zəlzələdən sonra rabitə xəttləri kəsilib və hava limanı bağlanıb. Şinhua xəbər agentliyinə istinadən bildirilir ki, zəlzələdən əvvəl bir neçə yeraltı təkanlar baş verib.

Çinin Zəlzələ Şəbəkə Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Sincan regionunun Hotan bölgəsi ərazisində, 10 kilometr dərinlikdə olub.

Seyrək əhalisi olan ərazi regional paytaxt Urumçidən 1800 kilometr məsafədə yerləşir və əsasən etnik uyğurların məskunlaşdığı yerdir.

XS
SM
MD
LG